ETSN və Azərbaycanın COP komandası ağacəkmə aksiyası keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
dek
2024
16:30

ETSN və Azərbaycanın COP komandası ağacəkmə aksiyası keçirib

24 dek, 2024
16:30
679

ETSN və Azərbaycanın COP komandası ağacəkmə aksiyası keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Sizinxeber.az"a ETSN-dən məlumat verilb.

Qeyd edilib ki, ETSN, COP komandası və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Bildirilib ki, artıq bir neçə ildir ölkədə davam edən genişmiqyaslı ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasını təşviq etməyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmininə və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənib.

Bizimlə əlaqə saxlayın