Cəbrayılda Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
dek
2024
19:00

Cəbrayılda Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirilib

23 dek, 2024
19:00
868

Cəbrayılda Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirilib

Cəbrayılda Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirilib, ağacəkmə aksiyası təşkil olunub.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin ərazisindəki Ağıllı Tingçilik təsərrüfatını təmin edən və Dostluq bulağını qidalandıran Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirib.

Daha sonra iştirakçılar Cəbrayıl şəhərinin yaxınlığındakı “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əkin ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak edib və zeytun ağacları əkiblər.

Bizimlə əlaqə saxlayın