Naxçıvanda küləkli hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlıq verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
dek
2024
22:00

Naxçıvanda küləkli hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlıq verilib

13 dek, 2024
22:00
728

Naxçıvanda küləkli hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlıq verilib

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürəti 20,8-25 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risklər gözlənilir.

Bizimlə əlaqə saxlayın