COP29-da Xəzərin sahilyanı ərazilərinin dayanıqlığı və biomüxtəlifliyin qorunması müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
noy
2024
15:30

COP29-da Xəzərin sahilyanı ərazilərinin dayanıqlığı və biomüxtəlifliyin qorunması müzakirə olunub

19 noy, 2024
15:30
622

COP29-da Xəzərin sahilyanı ərazilərinin dayanıqlığı və biomüxtəlifliyin qorunması müzakirə olunub

COP29 çərçivəsində "İqlim dəyişikliyinin təsirləri altında Xəzər dənizinin sahilyanı ərazilərinin dayanıqlığının gücləndirilməsi və biomüxtəlifliyin qorunması" mövzusunda Xəzəryanı ölkələrin müvafiq ekspertləri, beynəlxalq təşkilatlar, BMT agentlikləri və elmi tədqiqatçıların iştirakı ilə toplantı keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin məqsədi Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirlərinin aradan qaldırılması üzrə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Tərəflər Xəzər dənizinin biomüxtəlifliyinin qorunması məsələsini, iqlim tənzimlənməsi və iqtisadi fəaliyyətlərdə, o cümlədən balıqçılıq, nəqliyyat və enerji istehsalı sahələrində oynadığı mühüm rolu vurğulayıb.

Ekspertlər bundan sonra Xəzərin ekoloji problemlərinin həlli və davamlı idarəetmənin təmin edilməsi məqsədilə əməkdaşlıq üzrə təkliflər irəli sürüb.

Bizimlə əlaqə saxlayın