Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - PROQNOZ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
noy
2024
13:00

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - PROQNOZ

17 noy, 2024
13:00
654

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - PROQNOZ

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə "Sizinxeber.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Bizimlə əlaqə saxlayın