26
okt
2024
21:00
yuxarı
Balakəndə 780 ədəd ağac əkilib
Balakəndə 780 ədəd ağac əkilib
"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində başlanan ağacəkmə aksiyasına balakənlilər də fəal qoşulublar.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex, Gərəkli və Qullar kəndlərindən keçən hissələrində 780 ədəd həmişəyaşıl şam ağacı əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində 3 min ədəd şam ağacının əkilməsi nəzərdə tutulur.