Xaçmazda 3 mindən çox şam ağacı əkilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
okt
2024
16:30

Xaçmazda 3 mindən çox şam ağacı əkilib

24 okt, 2024
16:30
691

Xaçmazda 3 mindən çox şam ağacı əkilib

Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, aksiya Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində təşkil edilib.

Kütləvi yaşıllaşdırma marafonunda rayon cra hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat nümayəndələri eləcədə rayon ictimaiyyəti aktiv iştirak ediblər.

Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 3000 dən çox şam ağacı əkilib, basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Qeyd edilib ki, son bir ay ərzində rayonun müxtəlif kənd və qəsəbələrində avtomobil yollarına kənarına, park və xiyabanlara 20 minə yaxın müxtəlif növ ağaclar əkilib. Mövsümün sonunadək rayon ərazisində daha 10 min ağac əkiləcək.

Bizimlə əlaqə saxlayın