Neftçalada reyd keçirilib, qanunsuz yerləşdirilən balıq torları yığışdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2026
13:00
0
0
1 110
ff

Neftçalada reyd keçirilib, qanunsuz yerləşdirilən balıq torları yığışdırılıb

28 apr, 2026
13:00
1 110

Neftçalada reyd keçirilib, qanunsuz yerləşdirilən balıq torları yığışdırılıb

Neftçala rayonundakı Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə qanunsuz qurulan balıq torları yığışdırılıb.

"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, Balıqçılıq və Akvakultura Mərkəzi, Su Polisi, İctimai birliklər və yerli icra nümayəndəliklərinin birgə iştirakı ilə Neftçalada Baş Mil-Muğan Kollektorunun Xəzər dənizinə töküldüyü ərazidə reyd keçirilib.

Reyd zamanı əraziyə baxış keçirilərkən kollektor boyunca və onun Xəzər dənizinə töküldüyü hissədə müxtəlif ölçülü və uzunluqda sintetik torlar aşkar olunub.

Əməliyyat zamanı qanunsuz qurulan torlar, eləcə də su axınını tam və ya qismən məhdudlaşdıran dayanıqlı "nevud" qurğuları sudan çıxarılıb. Həmin vasitələr qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb.

Müəyyən edilən hallarla bağlı bəzi balıqçılıq alətləri sahiblərinə təhvil verilsə də, qanunsuz istifadə edilən ov vasitələri müsadirə olunub və aidiyyəti üzrə tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

×
×