TDT-nin ətraf mühitdən məsul nazirləri regionun üzləşdiyi kritik ekoloji problemləri müzakirə ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
16:00
ff

TDT-nin ətraf mühitdən məsul nazirləri regionun üzləşdiyi kritik ekoloji problemləri müzakirə ediblər

23 apr, 2026
16:00
791

TDT-nin ətraf mühitdən məsul nazirləri regionun üzləşdiyi kritik ekoloji problemləri müzakirə ediblər

Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Ətraf Mühit və Ekologiya üzrə məsul nazirlərinin ikinci iclası baş tutub.

"Report" xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Qeyd edilib ki, sessiyada Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nisanbayev, qırğız təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Akıl Toktobayev, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini və Prezidentin baş müşaviri Hasan Suver, Özbəkistan Prezidentinin müşaviri – Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsinin sədri Əziz Abduhakimov və İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan iştirak ediblər.

TDT Baş katibi Kubanıçbek Ömüralıyev çıxışı zamanı iqlim böhranının qeyri-bərabərliyi artıran bir faktor olduğunu və bütün sahələrdə tərəqqiyə təhlükə yaratdığını vurğulayıb. Aral dənizi fəlakəti və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsindən tutmuş, buzlaqların sürətlə əriməsi və torpaqların deqradasiyasına qədər regionun üzləşdiyi kritik ekoloji problemləri diqqətə çatdırıb.

Bundan əlavə, Baş katib dövri (sirkulyar) iqtisadiyyata keçidin və mühüm çərçivə rolunu oynayan yeni milli "İqlim haqqında" qanunların əhəmiyyətini, həmçinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün süni intellekt (AI) sistemlərinin inteqrasiyasının vacibliyini qeyd edib.

TDT-nin Bişkekdə keçirilmiş 11-ci Sammitində qəbul edilmiş "Türk Yaşıl Baxışı"na (Turkic Green Vision) istinad edən Baş katib, ekoloji məsələlərdə regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq təxirəsalınmaz və vahid fəaliyyətə çağırıb.

Tərəflər TDT-nin Ətraf Mühit və Ekologiya üzrə məsul nazirlərinin ikinci iclasının Bəyannaməsini imzalayıblar və növbəti iclasın 2027-ci ildə Qırğız Respublikasında keçirilməsi barədə razılığa gəliblər.

Bizimlə əlaqə saxlayın

×
×