Rəşad İsmayılov Ağcabədidə vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
14:30
ff

Rəşad İsmayılov Ağcabədidə vətəndaşları qəbul edib

23 apr, 2026
14:30
770

Rəşad İsmayılov Ağcabədidə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ağcabədi rayonunda Ağcabədi, Beyləqan və Ağdam rayonlarından olan sakinləri qəbul edib.

Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Bizimlə əlaqə saxlayın

×
×