Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
14:00
ff

Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb

23 apr, 2026
14:00
842

Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb

İran avqustun 12-də Xəzəryanı ölkələrin sammitinə ev sahibliyi etməyə ümid edir.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cokar Astanada keçirilən regional ekoloji sammitdə çıxışı zamanı bildirib.

Diplomat regionda vəziyyətin gərginləşməsinə baxmayaraq, İran tərəfinin bu tədbirə ev sahibliyi edə biləcəyinə ümidvar olduğunu bildirib.

"Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda Xəzəryanı dövlətlərin yeddinci sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə (12 avqust - red.) və eyni zamanda Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×