Müşfiqabadda ağacəkmə aksiyası keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2026
14:00
ff

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

18 apr, 2026
14:00
918

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Sizinxeber.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Bizimlə əlaqə saxlayın

×
×