Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
mar
2026
12:30
ff

Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA

15 mar, 2026
12:30
519

Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA

Martın 15-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, qarın hündürlüyü Kəlbəcərdə 8, Laçın və Qubadlıda 6, Şahdağda 5, Şuşada 3, Şəkidə (Kişçay) 1 sm-dir.

Düşən yağıntının miqdarı Mingəçevir, Sədərək və Şərurda 2, Yevlax, Ağdam, Naftalan, Bərdə, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Balakən, Zaqatala, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Quba və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizimlə əlaqə saxlayın

×
×