Azərbaycanda restoranlardan birində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb - RƏSMİ
sizinxeber.az xəbər saytı

Azərbaycanda restoranlardan birində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb - RƏSMİ


Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri yerində araşdırıb:

“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyənləşib. Restoran sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb. Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.

Oxşar xəbərlər

Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - RƏSMİ
Kəlbəcərdə ovlandığı iddia olunan heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - RƏSMİ
Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - RƏSMİ - VİDEO
“TikTok”er Ləman narkotikə görə həbs edilib?
Qanunsuz ağac kəsintisi ilə bağlı təbiətə 117 300 manatlıq ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle