DİN ətraf mühitin çirkləndirilməsi ilə bağlı vətəndaşlara müraciət edib
sizinxeber.az xəbər saytı

DİN ətraf mühitin çirkləndirilməsi ilə bağlı vətəndaşlara müraciət edib


Polis işğaldan azad olunan ərazilərdə sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, respublikanın dörd bir yanında hər bir polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir.

"Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində təbiətə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.

Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq!", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir - FOTO
Azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir - VİDEO
Şuşa və Xankəndidə sanitariya-gigeyina qaydaları ilə bağlı 46 nəfər barəsində tədbir görülüb - VİDEO
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər