Şəmkirdə ictimaiyyətinin narazılığına səbəb olan ərazidə monitorinq aparılır
sizinxeber.az xəbər saytı

Şəmkirdə ictimaiyyətinin narazılığına səbəb olan ərazidə monitorinq aparılır


Şəmkirdə ictimaiyyətinin narazılığına səbəb olan ərazidə monitorinq aparılır.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mobil laboratoriyası tərəfindən Quşçuluq fabriki tərəfindən quş peyini tökülən ərazidə monitorinq həyata keçirilir.

Quşçuluq fabriki tərəfindən Şəmkiri və ətraf kəndləri bürümüş kəskin iyi-qoxu ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür və götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

İlkin məlumata görə havanın çirklənməsi normadan 4 dəfə artıqdır.

Xatırladaq ki, son günlər fabrikin yerləşdiyi ərazinin ətrafında olan yaşayış məntəqələrində yayılan qoxu ilə bağlı rayon sakinləri aidiyyəti qurumlardan ən qısa zamanda tədbir görülməsini xahiş ediblər.

Şəmkir RİH-nin və əhalinin tələbi ilə qanunvericiliyin tələbinə əsasən yoxlamanın həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunub.

Oxşar xəbərlər

Azərbaycanın 64 rayonunda seroloji monitorinq keçiriləcək
AQTA: Azərbaycanda quş qipinə rast gəlinməyib
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıb
Şəmkirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər