Nazirlik rəsmisi: Qaranohur gölü ərazisində tullantılar yığışdırılıb, zədələnmiş plakatlar yenilənib
sizinxeber.az xəbər saytı

Nazirlik rəsmisi: Qaranohur gölü ərazisində tullantılar yığışdırılıb, zədələnmiş plakatlar yenilənib


Qaranohur ərazisindəki tullantılar yığışdırılıb, zədələnmiş plakatlar yenilənib, maarifləndirici nişanlar bərpa olunub, həmçinin marşrut boyunca növbəli nəzarət təşkil edilib.

Bunu "Sizinxeber.az"un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hər il istirahət mövsümündə insanların dincəldiyi guşələrdə, çay kənarlarında, dağ çaylarının hövzələrində və digər təbiət ərazilərində tullantılara rast gəlinir:

"Qaranohur gölü marşrutu da istisna deyil. Əməkdaşlarımız ərazini mütəmadi olaraq təmizləsə də, eyni xoşagəlməz mənzərə təkrar-təkrar yaşanır. İldən-ilə belə hallar azalsa da, nəticə hələlik ürəkaçan deyil. Belə halları birmənalı olaraq pisləyir və qınayırıq. Nazirlik tullantılarla mübarizə istiqamətində davamlı təbliğat aparır, təmizlik aksiyaları təşkil edir".

Qeyd edək ki, sosial şəbəkədə Qaranohur gölündə ərazinin tullantılarla çirkləndirildiyi, plakatların cırıldığı, eləcə də ağacların üzərində yazıların yazılması ilə bağlı görüntülər yayılıb.

Oxşar xəbərlər

Lənkəranda Xanbulan gölü zibilliyə çevrilib: Laqeyd yanaşma, yoxsa məsuliyyətsizlik? - RƏSMİ AÇIQLAMA
Sabahdan ümumrespublika təmizlik marafonu başlayır
Mövsümün sonuncu kütləvi təmizlik aksiyası təşkil olunub
Milli parklara səfər edən tursitlərin sayı artıb
Azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər