Tətbiqi Zooloji Mərkəzin müdiri: Çəyirtkələrin artması əhalidə panika yaratmamalıdır
Son günlər Bakı və ətraf ərazilərdə çəyirtkələrin artması əhalidə panika yaratmamalıdır, onlar insanlar hücum etmirlər.
Bunu "Report"a Zoologiya İnstitutunun “Tətbiqi Zooloji Mərkəzi”nin müdiri Barat Əhmədov son günlər çəyirtkələrin artması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Abşeronda əsasən Misir çəyirtkəsi yayılıb:
"Bir neçə il bundan öncə də belə bir hadisə olmuşdu. Onlar daha çox qumluq ərazilərdə, dəniz kənarında, bulaqların kənarına çoxalırlar. Həmin ərazilərdə tikinti, əkin işləri aparıldığı üçün bu heyvanlarım qida rasionu azalıb. Beləliklə, hara gəldi uçurlar".
B.Əhmədov əlavə edib ki, bu çəyirtkələr başqa ərazidən gəlməyiblər:
"Bu heyvanlar elə bizim faunaya aiddir. Misir çəyirtkəsi bizdə əvvəllər də olub. Rütubətli havalarda onların nəsilartımı daha çox olur. Havaların birdən isinməsi səbəbindən onlar daha tez yumurtadan çıxıblar və artıblar".
B.Əhmədov qeyd edib ki, həmin həşəratların artması ilə bağlı hər hansı həyəcana ehtiyac yoxdur:
"Bu heyvanlar əsasən bitkilərlə qidalanırlar. Yaşadıqları areallarda işlər getdiyi üçün qida əraziləri itib. Əhalinin panika yaratmasına ehtiyac yoxdur. İnsanlara heç vaxt hücum etmirlər".
Oxşar xəbərlər
Zooloq: Gürzə ilanından başqa, digərlərinin suda olması insanlar üçün təhlükə yaratmır
Misirdə dizel və benzinin qiymətləri artıb
Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür
2024 proqnozu: Ölkələr yox olacaq, yüzlərlə şəhər...
Şöbə müdiri: Fransa idarəçiliyindəki ərazilərdə çox ciddi diskriminasiya mövcuddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








