Milli parklara səfər edən tursitlərin sayı artıb
sizinxeber.az xəbər saytı

Milli parklara səfər edən tursitlərin sayı artıb


Azərbaycanda milli parklara 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur:

“Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

İ.İbrahimova onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində turistlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.

Oxşar xəbərlər

Azərbaycanda milli parkları ziyarət edənlərin sayı 15 %-ə yaxın azalıb
COP29-a gələnlərə görə milli parklarda yeni turist marşrutları yaradılıb
Azərbaycandan turist axını 21 % artıb
Azərbaycandan turist axını 23 % artıb
Bu il ADY-nin qatarları ilə səfər edən xarici turistlərin sayı təxminən 23 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər