Главная > Sosial > Tərtərdə "Mercedes"lə "Prius" toqquşub, 4 nəfər xəsarət alıb - FOTO
Tərtərdə "Mercedes"lə "Prius" toqquşub, 4 nəfər xəsarət alıb - FOTO9-05-2025, 20:00. Разместил: Rss Bot Apa |
|
Tərtərdə 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, rayonun Sarıcalı kəndi ərazisində qeydə alınan qəzada "Mercedes" və "Toyota Prius" toqquşub. Qəza nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu xəsarət alıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |