Главная > Sosial > Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı tədbir keçirilib
Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı tədbir keçirilib18-03-2025, 10:50. Разместил: Rss Bot Apa |
|
Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-mayor Kənan Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan şəhər İcra başçısı Cabbar Musayev, ictimaiyyət nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər. Çanaqqala şəhidlərinin, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki ölkənin Dövlət himnləri səsləndirilib. Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.
Вернуться назад |