Главная > Sosial > Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb
Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb6-03-2025, 17:00. Разместил: Rss Bot Apa |
|
Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb. TƏBİB-dən APA-ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 6-da saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
Вернуться назад |