Главная > Sosial > Saray qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO
Saray qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO22-01-2025, 10:00. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən APA-ya verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd UDZ partladıcısı ilə RQN əl qumbarası və 90 ədəd 5,45 mm-lik mərmi olduğu müəyyən edilib. Aşkar edilmiş silah-sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. Вернуться назад |