Главная > Sosial > Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından 80 min manat oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib - YENİLƏNİB
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından 80 min manat oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib - YENİLƏNİB18-01-2025, 14:50. Разместил: Rss Bot Apa |
|
Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür. DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir. 10:55 Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək. “Kapital Bank”dan isə Sizinxeber.az-ya bildirib ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma başlanılıb. "Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”, - bankdan bildirilib. Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib. Вернуться назад |