Главная > Sosial > Hərbi xidmətə çağırılanların yekun müayinəsi e-növbəlilik qaydasında aparılır
Hərbi xidmətə çağırılanların yekun müayinəsi e-növbəlilik qaydasında aparılır12-12-2024, 18:50. Разместил: Rss Bot Apa |
|
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib. Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir: "Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar üçün avtomatik təyin edilən e-növbəliliyi qaydasında onlar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. Müayinələr aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər: Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası); Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası); Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası); Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
Вернуться назад |