Los-Ancelesin mərkəzində komendant saatı tətbiq olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
in
2025
06:50

Los-Ancelesin mərkəzində komendant saatı tətbiq olunub

11 in, 2025
06:50
277

Los-Ancelesin mərkəzində komendant saatı tətbiq olunub

Los-Ancelesin meri Karen Bass şəhərin bəzi mərkəzi bölgələrində komendant saatının tətbiq olunduğunu açıqlayıb.

APA xəbə verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

Merin sözlərinə görə, bu addım bəzi etirazçıların qarışıqlıqdan sui-istifadə edərək törədə biləcəyi qanunsuz hərəkətlərin qarşısını almaq məqsədi daşıyır.

O, ABŞ Prezidenti Donald Trampın eskalasiyanı daha da gərginləşdirdiyini qeyd edib.

Karen Bass şəhər sakinlərini mərkəzi hissədən uzaq durmağa çağırıb və xəbərdarlıq edib ki, komendant saatını pozan şəxslər saxlanılacaq və məsuliyyətə cəlb olunacaqlar.

Bizimlə əlaqə saxlayın