Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
12:50
0
0
1 623

Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək

07 in, 2025
12:50
1 623

Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimata dəyişiklik edilib.

APA xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə qərar verib.

Qərara əsasən, sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.

Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılıb ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.

Qərar respublika daxili işlər orqanlarında elan ediləcək.

Bizimlə əlaqə saxlayın