

Sertifikasiyadan birinci dəfə keçməyən həkimlərin maaşının saxlanılmasının səbəbi açıqlanıb
Sertifikasiyadan birinci dəfə keçməyən tibb işçilərinin başqa gəlir mənbəyi olmaması və regionlarda kadr çatışmazlığı nəzərə alınaraq, onların 6 aylıq iş yeri və maaşı saxlanacaq.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
Təranə Əhmədova bildirib ki, sertifikasiyadan birinci dəfə kəsilənlər elə çox deyil: “Bu say getdikcə daha da azalacaq. Sertifikasiyadan birinci dəfə kəsilənlər arasında ilk 3 ay içində yenidən imtahan verib keçənlər 60 %-dən çoxdur. Sertifikasiyadan keçməyən tibb işçiləri üçün iki həftəlik təkmilləşmə kursları keçirilir. Amma artıq distant kurslar da olacaq”.
Nazirliyin şöbə müdiri qeyd edib ki, tibb mütəxəsisləri kreditlərin toplanması üçün öz üzərində daha çox işləyəcək: “250 krediti 5 il ərzində toplamayanlar sertifikasiyadan keçməli olacaq. Amma tibb mütəxəssisi özü kredit toplamağı yox, yalnız sertifikasiya yolunu da seçə bilər. Nazirlər Kabinetinin 108 nömrəli qərarına dəyişiklik hazırlanacaq, sualların çətinlik dərəcəsinə görə bölgüsü aparılacaq. Sertifikasiya imtahanının sualları yenilənəcək. Sual bazası hazırda da yenilənir və bunsan sonra da yenilənməsi davam edəcək”.
Oxşar xəbərlər
Sertifikasiyadan keçməyən tibb işçilərinin 6 ay müddətində iş yeri və maaşının saxlanılması təklifi ilk oxunuşda qəbul edilib
Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq
MM-də həkimlərin sertifikasiyadan keçmə yaş həddinin 70-ə qaldırılması təklif edilib
Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib
SN: Tibb işçiləri Bakıda cəmləşib, bu problemin aradan qaldırılması üçün təkliflər hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
