Magistraturada qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslara qəbul qaydası müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
may
2025
15:50

Magistraturada qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslara qəbul qaydası müəyyənləşib

02 may, 2025
15:50
497

Magistraturada qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslara qəbul qaydası müəyyənləşib

Qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılacaq.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- magistraturaya qəbul imtahanında toplanılan bal; 5.3-1.2. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal; 5.3-1.4. xarici dil üzrə testdən toplanılan bal.

Bizimlə əlaqə saxlayın