Gömrük Hospitalı və "Yeni Klinika"da maaşların verilməməsi iddialarına aydınlıq gətirilib
Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”nın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.
Mərkəzi Gömrük Hospitalından açıqlama
Mərkəzi Gömrük Hospitalından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməkdaşlara əməkhaqqı ödənişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
Həkimlərin məzuniyyət haqları və mükafatları
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatlarının tam həcmdə ödənildiyini vurğulayıb: "Bütün həkimlər pullarını vaxtında alırlar".
TƏBİB-in “Yeni Klinika” ilə bağlı açıqlaması
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq qeyd edilib ki, “Yeni Klinika” ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: “Həkimlərin əməkhaqları tam həcmdə ödənilib".
İddialar və şikayətlər
Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”da çalışan həkimlərin maaşlarının ödənilməməsi ilə bağlı məlumatlar yayılıb. Xüsusilə, Mərkəzi Gömrük Hospitalının həkimləri iki il ərzində maaşlarının ödənilməsində ciddi problemlərin yaşandığını bildiriblər. Bundan başqa “Yeni Klinika”da fevral ayı üçün əmək haqqının ödənilməməsinə dair iddialar da var.
Oxşar xəbərlər
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib
Tehranda hicabını çıxaran qadınlar üçün klinika açılacaq
Təyyarə qəzasından sonra Bakıya gətirilmiş yaralıların son vəziyyəti açıqlanıb
Vüqar Qurbanov: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - YENİLƏNİB
Dövlət Yanğın Nəzarəti Xidməti “Yeni Klinika”da yanğına qarşı tədbir keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Aleksey Kuleba: "Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına təşəkkür edirəm"
-
Esvatini kralı: "Bakı zəngin tarixi irsi, innovasiya və tərəqqini uğurla birləşdirən unikal şəhər nümunəsidir"
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
