Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ildönümü qeyd olunub - FOTO - VİDEO
Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə Xankəndi şəhərində Qarabağ Universitetinin İncəsənət fakültəsi tərəfindən konsert-sərgi proqramına start verilib.
APA xəbər verir ki, yerli ictimaiyyət nümayəndələri, universitetin akademik müəllim heyəti və təhsil naziri Emin Əmrullayevin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra universitetin rektoru Şahin Bayramov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq tədbir və universitet haqqında məlumat verib. Bundan sonra Emin Əmrullayev tribunaya çıxaraq tədbir iştirakçılarını salamlayıb, universitetinin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir Universitetdə çalışan incəsənət xadimlərinin çıxışları ilə davam edir. Tədbir proqramına uyğun olaraq incəsənət fakültəsinin yaradıcı heyətinin müəllifi olduğu sənət nümunələri sərgilənir.
Oxşar xəbərlər
Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ildönümü qeyd olunub - FOTO
Xankəndidə Qarabağ Universitetinin yaradılmasının birinci ildönümü qeyd edilib
Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya, aqrar fakültəsi Xocalıya köçürüləcək
Qarabağ Universitetinin Rektoru: Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır - FOTO
Prezident Qarabağ Universitetinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
