COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.
Bildirilib ki, COP29 ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
Oxşar xəbərlər
Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: Tabeliyimizdəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB yanğın zamanı Perinatal Mərkəzdəki pasiyentlərin sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












