BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara çağırış edib.
İdarədən APA-ya verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 25-26 may tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq.
Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşməsi, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması ehtimalı var.
Qeyd edilib ki, belə hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır: “Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir. Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar. Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti məhdudlaşdırmalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və aşma riskini artırır. Unutmayaq ki, mövcud hava şəraitində hər bir məsuliyyətli davranış mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir”.
Oxşar xəbərlər
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib
DYP həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
DYP yollarda təhlükəsizliklə bağlı müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
