Həsənrizə köçən qazi: Həyatımın ən əlamətdar gününü yaşayıram » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
12:50
0
0
1 248
ff aaaaaaa

Həsənrizə köçən qazi: Həyatımın ən əlamətdar gününü yaşayıram

24 iy, 2025
12:50
1 248

Həsənrizə köçən qazi: Həyatımın ən əlamətdar gününü yaşayıram

"Doğma yurda qovuşmağa görə çox qürurluyam. Həsənrizdən məcburi köçkün düşəndə 6 yaşım vardı. Ali Baş Komandanın əmri ilə həm ərazi bütövlüyümüzün bərpasını təmin etdik, həm də qisasımızı aldıq".

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Ağdərənin Həsənriz kəndinə köçən 44 günlük Vətən müharibəsinin qazisi Xəyyam Fətəliyev bildirib.

O, Həsənrizə dönməyi həyatının ən əlamətdar günü hesab etdiyini deyib: "Bir neçə dəfə yaralanmışam. Həmişə bu günün gələcəyinə inanırdım. İndi kəndə övladlarımla gedirəm. İnşallah, doğma yurdun çiçəklənməsi üçün əlimdən gələni əsirgəməyəcəm".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul