Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib
Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər təşkil olunub.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlər yüksək emosional və psixoloji təzyiq şəraitində çalışan hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilmiş təlimlərə 30 regionu təmsil edən, müxtəlif instansiyalarda çalışan – o cümlədən apellyasiya və birinci instansiya məhkəmələrində fəaliyyət göstərən – 70-ə yaxın hakim qatılıb.
Təlimlər zamanı iştirakçılar stresin hüquqi sahədə spesifik mənbələri barədə məlumatlanıb, gündəlik praktikadan nümunələr üzərində analiz aparılıb, mindfulness (diqqət toplama) texnikaları və nəfəs məşqləri ilə tanış olub, münaqişə hallarında empatik ünsiyyət və neytral yanaşmanın tətbiqini müzakirə ediblər.
Təlim hakimlərin yumşaq bacarıqlarının inkişaf etdirilməsinə, psixoloji rifahının və peşə fəaliyyətində effektivliyin artırılmasına yönəlib və gələcəkdə davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi hakimlərin hazırlığının artırılması məqsədilə təlimlər keçirir
Penitensiar müəssisələrdə vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirilib
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vurulub - FOTO
FHN “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlər keçirir - FOTO
Probasiya sahəsində sosial-psixoloji xidmətlərlə bağlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













