Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
14:50

Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək

15 iy, 2025
14:50
474

Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.

Qeyd olunub ki, Böyük qayıdış birinci Dövlət Proqramı çərçivəsində Ağdam rayonunun 5 kəndindən 3-də köç təmin olunur.

Paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək: “2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşacaq və əhalinin köçürülməsi təmin ediləcək”.

Bizimlə əlaqə saxlayın