13
iy
2025
13:50

yuxarı
Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq
Bu gün keçirilən imtahanda 5 nəfərdə mobil telefon aşkarlanıb
İlkin Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Mərkəzdən Sizinxeber.az-ya verilən məlumata görə, iyulun 14-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.