14 – 15 iyulda Təsviri sənət istiqamətinə aid abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
iy
2025
13:50

14 – 15 iyulda Təsviri sənət istiqamətinə aid abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

13 iy, 2025
13:50
924

14 – 15 iyulda Təsviri sənət istiqamətinə aid abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

9 – 12 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, apellyasiya komissiyası 14 – 15 iyul 2025-ci il tarixlərində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.

Tarix

Komissiyanın nömrəsi

Fənn

Ünvan

14.07.2025

10-rəngkarlıq

12-heykəltaraşlıq

rəsm

Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

15.07.2025

11-qrafika

rəsm

Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.

Bizimlə əlaqə saxlayın