İrlandiyalı səyyah: Azad edilmiş ərazilərdə yenidənqurma işləri sadəcə möhtəşəmdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
12:50

İrlandiyalı səyyah: Azad edilmiş ərazilərdə yenidənqurma işləri sadəcə möhtəşəmdir

12 iy, 2025
12:50
710

İrlandiyalı səyyah: Azad edilmiş ərazilərdə yenidənqurma işləri sadəcə möhtəşəmdir

Mən hazırda Azərbaycanda minaların təmizləndiyi ərazidəyəm və burada işlərin necə görüldüyünü görmək möhtəşəmdir.

Bunu Sizinxeber.az-ya irlandiyalı səyyah David Joseph Langan deyib.

O, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə heyran qaldığını vurğulayıb: "Həmçinin, biz buradaykən yeni şəhərlərin yaradıldığını gördük. Burada Dünya Şəhərsalma Forumu da keçirəcəklər. Bu sahədə görülən işlər heyranlıq doğurur. Bütün aparılan yenidənqurma işlərinin belə qısa zamanda həyata keçirilməsi sadəcə möhtəşəmdir”.

Bizimlə əlaqə saxlayın