“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vurulub - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2025
15:50

“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vurulub - FOTO

11 iy, 2025
15:50
343

“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vurulub - FOTO

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Öyrən, xilas et!” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihənin reallaşdırılmasında məqsəd könüllülərə fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanması olub.

Layihə çərçivəsində təlimlər Fövqəladə Hallar Nazirliyinin Gəncə və Cənub Regional mərkəzlərində baş tutub.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə Fövqəladə Hallar Nazirliyinin mütxəssisləri tərəfindən fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə və s. mövzularda həm nəzəri, həm də praktik təlimlər keçirilib. Həmçinin, təlimlər çərçivəsində könüllülərə fövqəladə hallar zamanı istifadə olunan müxtəlif texniki avadanlıq və alətlər təqdim olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları aşılanıb.

Qeyd edək ki, növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.

Bizimlə əlaqə saxlayın