08
iy
2025
12:50

yuxarı
Abşeron Gənclər Şəhərciyində partlayışda yaralananların vəziyyəti açıqlanıb

Abşeron Gənclər Şəhərciyində partlayışda yaralananların vəziyyəti açıqlanıb
Dünən Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.