Konstitusiya Məhkəməsinin yeni hakimləri kollektivə təqdim edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2025
18:50
0
0
1 006

Konstitusiya Məhkəməsinin yeni hakimləri kollektivə təqdim edilib

07 iy, 2025
18:50
1 006

Konstitusiya Məhkəməsinin yeni hakimləri kollektivə təqdim edilib

Konstitusiya Məhkəməsinin yeni hakimləri kollektivə təqdim edilib.

Bu barədə Sizinxeber.az-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunub.

Tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yeni hakimlərini vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu təyinatın hüquq ictimaiyyəti üçün önəmini vurğulayıb.

Təyin edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin edilməsi naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla, onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlığını ifadə edərək, üzərilərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın