Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyada işgüzar səfərdədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
14:50

Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyada işgüzar səfərdədir

24 in, 2025
14:50
368

Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyada işgüzar səfərdədir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Lints şəhərində işgüzar səfərdədir.

İH-dən APA-ya verilən xəbərə görə, səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.
Səfər çərçivəsində Zakir Fərəcov Lints şəhərinin meri Dietmar Prammerlə və şəhərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın