Ehtiyat hissələri alarkən nəyə diqqət etmək lazımdır? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
10:50

Ehtiyat hissələri alarkən nəyə diqqət etmək lazımdır?

24 in, 2025
10:50
509

Ehtiyat hissələri alarkən nəyə diqqət etmək lazımdır?

Avtomobil sahibi olmaq sadəcə sürməkdən ibarət deyil. İdarə etməklə yanaşı onun qayğısına qalmaq və bəzi vacib dəyişikliklərini vaxtı-vaxtında etmək lazım gəlir. Çünki avtomobil sürüldükcə nasazlıqlar meydana gəlir yaxud detallar aşınmaya uğrayır Bu hallarda da a ehtiyat hissələrinə ehtiyac yaranır. Amma məsələ yalnız ehtiyat hissəsini tapmaqda deyil, doğru və keyfiyyətli ehtiyat hissəsini seçməkdədir. Çünki yanlış seçim həm cibinizi, həm də avtomobilinizin ‘’performansını’’ yandıra bilər.

Bəs ehtiyat hissələri seçərkən nələrə diqqət edək?

Avtomobilinizin model və texniki göstəricilərini bilmək çox önəmlidir!

Bir problemi həll etmək üçün ilk öncə onun meydana gəldiyi yeri tanımaq lazımdır.Ehtiyat hissəsi seçməzdən öncə avtomobilinizin bütün göstəriciləri olmasa da, ehtiyat hissəsi üçün önəmli sayıla biləcək elementar məlumatları bilməyiniz labüddür. Burada əsas məlumatlar avtomobilin markası və modeli, hansı ildə istehsal olunması, mühərrikin həcmi və şassi nömrəsi (VIN) hesab oluna bilər.

Bu məlumatlar hissənin maşınınıza uyğun olub-olmamasını təyin etmək üçün vacibdir. Bir çox sürücü təkcə avtomobil markasına əsaslanaraq seçim edir, amma detallardakı fərqlər ciddi uyğunsuzluqlara səbəb ola bilər ki, bu da birbaşa avtomobilin performansını zədələyə bilər.

Orijinal yoxsa firma istehsalı ehtiyat hissələri?

Ehtiyat hissəsi seçərkən ehtiyatlı davranmalı olduğumuz digər nüans isə ehtiyat hissəsinin orijinal yaxud firma məhsulu olmasıdır. Bu fərqləri anlamaq həm avtomobilin təhlükəsizliyi, həm də cibimiz üçün çox vacibdir.

Orijinal ehtiyat hissəsi dedikdə, avtomobilin istehsalçısı tərəfindən hazırlanmış və ya sifarişlə onun adından istehsal edilmiş məhsul nəzərdə tutulur. Bu hissələr birbaşa avtomobilin üzərində olan orijinal detallarla eyni xüsusiyyətlərə malikdir. Keyfiyyət, uyğunluq və etibarlılıq baxımından daha yüksək səviyyədə olur. Ən önəmlisi isə odur ki, avtomobilin texniki tələblərinə tam uyğundur və uzunmüddətli istifadə üçün nəzərdə tutulub.Digər tərəfdən, firma istehsalı məhsullar isə avtomobil istehsalçısı ilə birbaşa əlaqəsi olmayan, lakin bazarda geniş şəkildə tanınan digər istehsalçılar tərəfindən hazırlanır. Bu məhsullar bəzən orijinala yaxın keyfiyyətdə ola bilir və daha münasib qiymətə satılır. Amma o demək deyil ki, bu hissələr ucuzdur deyə keyfiyyətsiz hesab edilməlidir. Xüsusilə bahalı markalı avtomobillərdə, təmir xərclərini azaltmaq üçün bəzi sürücülər məhz bu cür hissələri seçirlər.


Etibarlı və sərfəli şəkildə ehtiyat hissələrini necə əldə edək?

Avtomobilinin sağlamlığını düşünməkdə haqlısınız. Bunun üçün etibarlı ehtiyat hissələrini güvənli tərəfdaşdan almaq lazımdır. Solo Avto ehtiyat hissələri mərkəzi sizə orijinal və firma istehsalı ehtiyat hissələri təklif edir. Nissan, Infiniti, Toyota, Lexus, Mitsubishi, Hyundai, Kia, BMW, Mercedes, Opel, Chevrolet, Land Rover avtomobilləri üçün ehtiyat hissələrini istər nəğd, istərsə də sərfəli kredit şərtləri ilə həm filallara gələrək (Elit filialı - Əcəmi Naxçıvani 169, Çobanzadə filialı - Bəkir Çobanzadə 21, Sumqayıt şəhəri, Çerkassi küçəsi 477.), həm də soloavto.az saytına daxil olaraq vaxt itirmədən sifariş edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın