23
in
2025
23:50

yuxarı
AZAL-ın Bakı–Dammam marşrutu üzrə uçan təyyarəsi Bakı hava limanına geri qayıdıb

AZAL-ın Bakı–Dammam marşrutu üzrə uçan təyyarəsi Bakı hava limanına geri qayıdıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
Bu haqda APA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə sualın yaranacağı təqdirdə sərnişinlərin [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmələri xahiş olunur.