Azərbaycana yay fəsli daxil olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
in
2025
06:50

Azərbaycana yay fəsli daxil olub

21 in, 2025
06:50
579

Azərbaycana yay fəsli daxil olub

Azərbaycana yay fəsli daxil olub.

Sizinxeber.az xəbər verir ki, yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olub.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.

Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünür.

Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.

Bizimlə əlaqə saxlayın