20
in
2025
19:33

yuxarı
Nəsimi rayonunun bəzi yerlərində qaz olmayacaq

Nəsimi rayonunun bəzi yerlərində qaz olmayacaq
Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsinde yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə iyunun 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
APA xəbər verir ki, bu barədə "Azəriqaz"dan bildirilib.
Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.