“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxs cəlb ediləcək
sizinxeber.az xəbər saytı

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxs cəlb ediləcək


2020-2025-ci illəri əhatə edən “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi nəzərdə tutulur.

"Sizinxeber.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

Layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına çıxışına imkan yaradır.

Artıq 20 min şəxs “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.

22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin uğurlu icrasının nəticəsi olaraq bu ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılır.

Oxşar xəbərlər

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb
Azad olunan ərazilərə köçürülən 3,5 min sakinin məşğulluğu təmin edilib
İmişlidə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ictimai dinləmə keçiriləcək
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 366 min xidmət göstərilib
300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər