Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
iy
2025
16:30
0
0
1 577
ff aaaaaaa

Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur

31 iy, 2025
16:30
1 577

Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur

Əmək qanunvericiliyinin pozulması məsələlərində ən çox rast gəlinən hallardan biri də çoxuşaqlı analara uşaqların sayına görə əlavə məzuniyyətin verilməməsi hallarıdır.

"Report" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səlimə Quliyeva "Dost tv"nin efirində deyib.

O qeyd edib ki, hazırda vətəndaşların şikayətləri arasında əmək qanunvericiliyi çərçivəsində məzuniyyət hüquqlarının pozulma halları üstünlük təşkil edir:

"Nəinki digər işçilər, hətta hamilələrin belə əmək müqaviləsi bağlanmadan işə cəlb olunması halları baş verir. Hüquqları pozulan işçilərin şikayəti əsasən əmək qanunvericiliyin pozulması halında işəgötürənlər İnzibtai Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilir və ya məsuliyyətə cəlb edilirlər".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul