Üç rayonda küləkli hava ilə bağlı elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB
Qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Qazax, Ağstafa və Tovuzun bəzi ərazilərində elektrik enerjisinin verilişi tam bərpa olunub.
Ölkənin qərb bölgəsində küləkli hava şəraiti davam edir.
Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.
Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.
Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.
Oxşar xəbərlər
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb
Gəncədə güclü külək əsir, bəzi ərazilərdə enerjinin verilişi dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












